Rusiya Federasiyası Ukraynadakı müharibəyə gündəlik təxminən 400 milyon dollar xərcləyir.
YALAN.info bildirir ki, bununla bağlı məlumatları “Forbes” jurnalı yayımlayıb.
Ən çox vəsaiti raketlər və mərmilər, ən azını isə hərbçilərin məvacibləri aparır. Məlumata görə, müharibədə iştirak edən hər bir əsgərə orta hesabla gündə təxminən 200 dollar xərclənir. Rusiya ordusunun təxmini sayı 100 min nəfərdir. Yəni, qoşunların gündəlik məvacib xərci təxminən 20 milyon dollardır. Bununla yanaşı, hər gün yaralanan və həlak olan hərbçilərə təzminat üçün Rusiya büdcəsindən təxminən 50 milyon dollar xərclənir.
Mərmilərə gəlincə, gün ərzində təxminən hər biri 1000 dollar dəyərində 50 minə qədər mərmi istifadə edir. Rusiya Ukraynaya hər gün 20-yə yaxın raket zərbəsi endirir. Onların dəyəri bir neçə yüz min dollardan (Tochka-U, X-59) 10 milyon dollaradək (X-101, X-47 “Xəncər”) dəyişir. Amma çox vaxt hər biri 3 milyon dollara “İsgəndər”, 6,5 milyon dollara “Kalibr” və 1-2 milyon dollar dəyərində daha ucuz Sovet Kh-22 və Kh-55 raketlərindən istifadə edir. Beləliklə də, bir raketin orta qiyməti təxminən 3 milyon dollar təşkil edir.
Texnikalar arasında ən böyük itkilər tanklar və təyyarələridir. Müharibənin hər günü Rusiya orta hesabla 60 milyon dollarlıq tank və zirehli texnikasını və 40 milyon dollar məbləğində təyyarəsini itirir. Ukrayna Silahlı Qüvvələrinin ən “bahalı” nailiyyəti 750 milyon dollar dəyərindəki batmış “Moskva” kreyseridir. Toplamda, Ukrayna bütün müharibə boyunca Rusiya donanmasına 1 milyard dollardan çox zərər vurub.
Həmçinin, Rusiya Ordusunun arxa təminat üçün təxmini xərcləri gündə 50-100 milyon dollar təşkil edir.