Ukraynanın paytaxtı Kiyev yaxınlığında Rusiya qoşunlarının böyük karvanı dayanıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Pentaqon (ABŞ Müdafiə Nazirliyi) məlumat yayıb. Məlumata görə, Rusiya hərbçilərinin böyük karvanı Kiyevdən 25 kilometr məsafədə yerləşir.

Qeyd olunur ki, indi hərbi karvan Kiyevə doğru hərəkət etmir. Ukraynanın hücumları və körpülərdən birinin partladılması karvanın hərəkətini ləngidib.

Həmçinin Rusiya qoşunları ölkənin şimalında – Çerniqov və Xarkov yaxınlığında yerləşir, ancaq cənubda irəliləməyə davam edir. Eyni zamanda, Mariupol Ukraynanın nəzarətində qalır. Odessaya isə gözlənilən hücum əlamətləri hələ müşahidə edilmir.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərNaxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib
Sonrakı xəbərZelenski avropalılara müraciət edib: Susmayın, küçələrə çıxın
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın