Rusiya qoşunları Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavoduna hücum edib.

YALAN.info bildirir ki, “Azov” alayının komandirinin müavini Svyatoslav Palamar (Kalina) bildirib ki, Rusiya qoşunları indi zavodun ərazisinə soxulmağa çalışır: “Bütün gecə bizi havadan bombaladılar. İki mülki qadın öldürüldü, indi də “Azovstal”a hücum edilir”.

Jurnalist Andrey Tsapliyenko da “Telegram” kanalında hücumun başladığını təsdiqləyib: “İndi zavodun ərazisinə soxulmağa çalışırlar. Məlumatı “Azov” alayının komandir müavini də təsdiqləyir. Hələlik əlavə təfərrüat yoxdur”.

Qeyd edək ki, mayın 1-də Mariupoldakı “Azovstal” müəssisəsinin sığınacağında olan mülki əhalinin təxliyəsinə başlanılıb. Mariupol meri Vadim Boyçenkonun sözlərinə görə, “Azovstal” ərazisində yerləşən sığınacaqlardan 100-dən çox insan çıxarılıb.

Yada salaq ki, Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri bu il martın 1-dən tam blokadadadır. Rusiyanın Mariupolda törətdiyi qırğınlar nəticəsində təxmini hesablamalara görə, on minlərlə dinc sakin həlak olub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu aprelin 21-də Rusiya Prezidenti Vladimir Putinə birbaşa məruzəsində Mariupol şəhərinin nəzarətə götürüldüyünü elan edib. Nazir həmçinin bildirib ki, mühasirə zamanı Mariupolda Ukrayna Silahlı Qüvvələrinin 2 000-ə yaxın hərbçisi olub. V.Putin Mariupoldakı “Azovstal” sənaye zonasına hücumu məqsədəuyğun saymadığını demişdi.

Российские оккупанты начали штурм “Азовстали”
MƏNBƏUNIAN
Öncəki xəbərYork Universitetinin azərbaycanlı professoru: Biz Azərbaycan üçün işləməyə həmişə hazırıq
Sonrakı xəbərİrəvanda Paşinyanın əleyhinə aksiyada Robert Köçəryanın oğlu saxlanılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın