Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən aksiyalarda saxlanılanların sayı 70-ə çatıb.

YALAN.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu gün ölkə parlamentinin vitse-spikeri, Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan paytaxt və regional magistralları bağlamaq niyyətindədir.

Saqatelyanın sözlərinə görə saat 08:30-dan etibarən İrəvan şəhərini iflic durumuna salınacaq, küçə və yol ayrıcıları bağlayanaq. “Sürücüləri avtomobilləri saatda maksimum 15 km sürətlə sürməyə, yol kəsişmələrində gecikməyə çağırıram”, – Saqatelyan deyib. O vurğulayıb ki, bu gün müxalifət bölgələrdə də yolları bağlayacaq.

Müxalifət liderləri İrəvanda eyni vaxtda 20 mitinqin keçirildiyini vurğulayıblar. Etirazçılar “Həmrəylik”, “Nikol satqındır” şüarları səsləndirir, vətəndaşları aksiyaya qoşulmağa çağırırlar. Ermənistan polisi isə müxalifət fəallarını saxlamağa başlayıb. 

Məlumata görə, indiyədək ölkədə “Vətən” partiyasının 30-a yaxın üzvü saxlanılıb. Onların arasında partiyanın idarə heyətinin üzvləri də var. Saxlanılardan biri Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryandır.

Yada salaq ki, bazar ertəsi səhər Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində İrəvanın mərkəzində küçələri bağlayan 244 nümayişçini saxlayıb. İrəvanın mərkəzindəki “Fransa” meydanına toplaşan müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.

Антиправительственные протесты в Ереване

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın