“Taxıl dəhlizi” fəaliyyətini yenidən bərpa edəcək“.

YALAN.info bildirir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında danışıqlardan sonra bu barədə razılıq əldə olunub.

“Yeni sevindirici xəbər Rusiya müdafiə naziri Şoyqunun milli müdafiə nazirimiz Akarla əlaqə saxlaması və bu gün saat 12:00-dan etibarən taxıl daşımalarının davam edəcəyini bildirməsidir”, – deyə Türkiyə lideri bildirib. 

Bundan öncə, 31 oktyabr və 1 noyabr tarixlərində Türkiyənin təşəbbüsü ilə Akar və Şoyqu telefonla taxıl sazişini müzakirə ediblər. Söhbət zamanı Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasının Rusiya tərəfindən dayandırılması müzakirə olunub.

Yada salaq ki, iyulun 22-də İstanbulda Ukrayna limanlarından taxılın daşınması üçün “dəhlizi”in işə salınması ilə bağlı BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə sənəd imzalanıb. Rusiya tərəfi oktyabrın 29-da Ukraynanın Sevastopoldakı gəmilərə hücumuna görə bu sazişdən birtərəfli qaydada imtina etmişdi.

Öncəki xəbərXüsusi Təyinatlı Qüvvələr İran sərhədlərinə yaxın ərazidə təlimə başlayıblar
Sonrakı xəbərMüdafiə naziri cənub bölgəsində yerləşən hissə və birləşmələri yoxlayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın