Şanlı Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı bölmələrinin uğurlu fəaliyyətləri nəticəsində Ermənistan qoşunları ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilmək məcburiyyətində qalıblar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Armiya.az-ın verdiyi məlumata görə, erməni general-mayor Artak Tonoyan dünən gecə Qarabağda məhv edilib.

A.Tonoyan əvvəllər Ermənistan silahlı qüvvələrinin briqadasına rəhbərlik edib. O, oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qarabağa, cəbhəyə göndərilib və orada Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Ermənistanın daha bir polkovniki məhv edilib

Bununla bağlı işğalçı ölkənin Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində məlumat verib.

O bildirib ki, Ermənistanın silahlı qüvvələrinin polkovniki, hərbi hissə komandiri Vaaqn Asatryan Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Öncəki xəbərŞanlı Azərbaycan Ordusunun bugünə qədər azad etdiyi yaşayış məntəqələri
Sonrakı xəbərBu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin ad günüdür
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın