“Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb”.

YALAN.info bildirir ki, TASS agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib.

“Hər kəs bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq”, – Rusiya lideri bildirib. Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, ancaq nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.

“Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy çalışsınlar”, – Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski isə bildirib ki, Ukrayna xalqı öz ərazilərinin heç bir hissəsindən imtina etmək fikrində deyil. “Ukraynalılar torpaqlarından imtina etməyə, bu ərazilərin Rusiyaya məxsus olduğunu qəbul etməyə hazır deyillər”, o, cümə axşamı efirə gedən CNN telekanalına müsahibəsində deyib: “Biz bu barədə hər zaman danışırıq və bunu sübut etmək niyyətindəyik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın