Ukrayna rəsmi olaraq Rusiyadan sərhədləri yaxınlığında hərbi fəaliyyətə 48 saat ərzində aydınlıq gətirməsini tələb edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Twiter hesabında yazıb ki, rəsmi Kiyev Moskvadan sərhəd bölgələrində və Krımda hərbi fəaliyyətlə bağlı geniş açıqlamalar istəyib.

Onun sözlərinə görə, Ukrayna Vyana Sənədinin III bölməsində nəzərdə tutulan risklərin azaldılması mexanizmini rəsmən tətbiq edib. “Vyana Sənədinin müddəalarına uyğun olaraq, Rusiya hərbi fəaliyyətin aparılması üçün dəqiq əraziləri təqdim etməli, onun başa çatma tarixini, habelə hərbi birləşmələrin adını, tabeliyini, həmçinin ona cəlb olunan silah və hərbi texnikanın növləri, sayını bildirməlidir”, – nazir əlavə edib.

Kuleba bildirib ki, Ukrayna Rusiyaya cavab vermək üçün 48 saat vaxt verib. Ukrayna rəsmisinin sözlərinə görə, əgər Rusiya bunu etməsə, ya da “qeyri-kafi, ya da uyğun olmayan” məlumat versə, Kiyev təcili toplantı çağırmaq üçün Vyana Sənədinin başqa ölkələrinə müraciət edəcək. Bu zaman isə Moskva aydınlıq gətirməli olacaq. “Biz Ukraynanın güvənliyini təmin etmək üçün bütün diplomatik imkanlardan istifadəyə davam edəcəyik”, – o, fikirlərini yekunlaşdırıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın