Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verəcəyi ilə bağlı Kraliça II Elizabetə zəng edib.

YALAN.info bildirir ki, bununla bağlı məlumatı “Sun” qəzeti yayıb.

Boris Consonun iyulun 7-də səhər saatlarında kraliçanı məlumatlandırdığı vurğulanıb. Bildirilib ki, rəsmi istefa verməyənədək Baş nazirin Bukingem sarayına getməsinə ehtiyac yoxdur.

Yada salaq ki, Britaniya mətbuatında Boris Consonun iyulun 7-də Mühafizəkarlar Partiyasının sədri və Böyük Britaniyanın Baş naziri postlarından istefa verəyəci ilə bağlı xəbərlər yayılıb.

“Sky New” xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson xalqa müraciətində istefa verdiyini deyib: “Bizə indi sakitlik və birlik lazımdır. Yeni lider tapılana qədər də idarə etməyə davam edək. Mən yeni lider seçilənə kimi vəzifəmi yerinə yetirəcəyəm”.

“Bəzi layihələri tamamlaya bilməməyim məni narahat edir. Ancaq gördüyünüz kimi, kütlə instinkti çox güclüdür. Mən Mühafizəkarlar Partiyasının gələcək liderinə bacardığım qədər dəstək olacağam. Dünyanın ən yaxşı işindən getdiyimin nə qədər kədərli olduğumu bilməyinizi istəyirəm.

Son bir neçə gündə mübarizə aparmağımın səbəbi təkcə şəxsi arzum deyildi. Eyni zamanda mən bilirdim ki, bu, mənim vəzifəm, öhdəliyimdir. Biz ölkəni pandemiyadan keçirdik. Avropada peyvəndin ən sürətli paylanmasını təmin etdik. Vladimir Putinin Ukraynaya hücumunun qarşısının alınmasında Qərbə rəhbərlik etdik.”, – o söyləyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın