Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında ABŞ-ın “Time” jurnalı Ukraynanın birinci xanımı Yelena Zelenskayanın portretinin yer aldığı üz qabığı ilə yayımlanıb.

YALAN.info bildirir ki, buraxılışda Yelena Zelenskayanın müharibə şəraitində psixi sağlamlığın qorunması ilə bağlı şəxsi təcrübələrinə əsaslanaraq yazılmış məqalə də var.

Məqalə “Her Private War” (Onun şəxsi müharibəsi) adlanır. “Ukraynanın birinci xanımı Yelena Zelenskaya müharibə zamanı şəxsi təcrübəsindən, habelə müharibənin psixi sağlamlığa mənfi təsirinin aradan qaldırılmasına həsr olunmuş işindən danışıb”, – deyə materialın elanında verğulanır.

Ukraynanın birinci xanımı Yelena Zelenskaya özünün və uşaqlarının aktiv döyüşlərdən necə qaçdığından ilk dəfə “Time” jurnalına müsahibəsində danışıb. Zelenskayanın dediyinə görə, onun öncədən çamadanı yığmağa vaxtı olmayıb. Buna görə də fevralın 24-də səhər tələsik bütün əşyalarını yığmağa başlayıb. O və uşaqları o qədər qorxublar ki, mümkün qədər tez bütün əşyalarını yığıb daha güvənli yerə getməyə çalışıblar.

Bundan başqa, o etiraf edib ki, evdən telefonsuz çıxıb, çünki rus işğalçıları onun zənglərini və yazışmalarını izləyiblər. Buna görə də onların ailəsi üçün sosial şəbəkələr qadağan edilib.

Zelenskaya bildirib ki, həyat yoldaşı səhər saatlarında Prezident Aparatına gedib və o, bütün əşyalarını toplayıb sağollaşmaq üçün Volodimir Zelenskinin yanına gedib. Zelenski bütün təhlükələrə baxmayaraq, Kiyevdə qalmaq qərarına gəlib.

Zelenskayanın özü də uşaqları ilə birlikdə Ukraynada qalıb, ancaq özünü və ailəsini qorumaq üçün şəhəri dəyişmək məcburiyyətində olub. Eyni zamanda qeyd edib ki, Avropadakı dostları ona yanlarına gəlməyi təklif etsələr də, bundan imtina edib.

Müharibənin ilk üç ayında telefonla belə normal əlaqə saxlaya bilməyiblər. İndi cütlük nadir hallarda bir-birini görür.

KİMSimon Shuster
MƏNBƏTime
Öncəki xəbərPutin: Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb
Sonrakı xəbərSergey Lavrov “G20”liyin toplantısını yarımçıq tərk edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın