Çexiya hökuməti dekabrın 22-si Praqadakı Karlov Universitetinin fəlsəfə fakültəsində atışma nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edib.

YALAN.info bildirir ki, bununla bağlı Çex Respublikasının Baş Naziri Petr Fiala Nazirlər Kabinetinin fövqəladə toplantısının sonunda keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, atəş hadisədən bir neçə saat öncə atasını öldürən 24 yaşlı tələbə David Kozak tərəfindən açılıb. Atışma nəticəsində 14 nəfər həlak olub, 25 nəfər yaralanıb. Onlardan 10 nəfərin durumu ağırdır. Həmçinin, məlum olub ki, Kozak rus dilində “Telegram” kanalına sahib olub və orada kütləvi qətl planlarını bölüşüb.

Çexiya polisinin məlumata görə, Kozak bir neçə növ odlu silahın sahibi olub və fakültədə terror aktına öncədən hazırlaşıb. O, silahlara qanuni yolla sahib olub. Bundan əlavə, polis onun qırğından bir neçə saat əvvəl atasını öldürməsindən şübhələnir. David onu zərərsizləşdirmək üçün polis əməliyyatına başladıqdan sonra intihar edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çexiyaya başsağlığı verib: “Çexiyanın Praqa şəhərindəki Karlov Universitetində baş verən kütləvi atışma nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Bu faciəli hücumda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın