Polşa Prezidenti Andjey Duda, Litva Prezidenti Gitanas Nauseda, Latviya Prezidenti Eqils Levits və Estoniyanın Prezidenti Alar Karisin Ukraynanın paytaxtı Kiyevə səfəri başlayıb.

YALAN.info bildirir ki, Avropa Birliyinə üzv dörd ölkənin dövlət başçıları Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.

Polşa Prezident Administrasiyasından bildirilib ki, səfərin təşkilatçısı Polşa tərəfidir. Nümayəndə heyəti paytaxt Varşavadan yola düşüb və Ukrayna ilə birlikdə bu səfərin logistika və təhlükəsizlik məsələləri təmin olunur.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra beş ölkənin liderləri birlikdə foto çəkdirərək birlik mesajını veriblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın