Son 30 il boyunca Ermənistanın paytaxtında bu şəhərin qurucularını və keçmiş sakinlərini unutdurmağa, azərbaycanlıları yada salan hər nə varsa məhv etməyə çalışıblar. CBC telekanalının çəkiliş qrupu bir neçə həftə ərzində İrəvanda olub və Azərbaycan xalqına aid tarixi və mədəni obyektləri sənədləşdirməyi bacarıb.

Çəkilişlər əvvəllər Təpəbaşı məscidinin yerləşdiyi, indi isə erməni ailələrinin yaşadığı ərazidə aparılıb. Fransa və Amerika investorlarının məscidin qalıqlarını azərbaycanlıların yaşadığı məhəllə ilə birlikdə sökməyi planlaşdırdığına dair faktlar aşkarlanıb.

Çəkiliş qrupu Pənah Xan Makinskinin oğlu Əlixanın evinə də baş çəkə bilib. Kadrlarda bir vaxtlar əzəmətli malikanənin acınacaqlı durumu əks olunur. Həmçinin əvvəllər Sərdar məscidinin yerləşdiyi ərazidə də çəkilişlər aparılıb. Son vaxtlara qədər məbədi yalnız salamat qalan divar yada salırdı. Məscidin özü isə ermənilər tərəfindən qəsdən sökülüb.

Çəkiliş qrupu İrəvandakı Göy məscidi daxildən və xaricdən lentə alıb, Əmir Səədin məqbərəsinin yerləşdiyi Cəfərabad (indiki adı – Ərgəvənd) kəndində olub.

Aparılan işlər nəticəsində məlum olub ki, Ermənistanda Azərbaycan xalqının mədəni irsinə aid obyektlər əsasən dağıdılıb, az sayda salamat qalanlar isə fars abidələri kimi təqdim olunur. CBC telekanalına müsahibəsində İrəvanın indiki sakinlərinin əksəriyyəti azərbaycanlılar haqqında danışmamağı üstün tutdu və bununla da İrəvanda əvvəllər hansı millətin nümayəndələrinin yaşadığı barədə həqiqəti gizlədib.

Müəlliflər azərbaycanlıların İrəvandakı tarixi yaddaşının və mədəni irsinin qorunub saxlanmasının zəruriliyinə diqqət yetirməyə çağırır.

Filmin yaradılması CBC telekanalının baş direktoru Vüqar Xəlilovun rəhbərliyi altında həyata keçirilib. “İrəvanın Gizli İrsi” sənədli filmin tam versiyasını təqdim edirik.

CBC telekanalı: “İrəvanın Gizli İrsi” – Fransa və Amerika şirkətləri Azərbaycan məscidini niyə sökmək istəyirlər?

Почему французские и американские компании хотят снести азербайджанскую мечеть?

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın