Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukrayna ilə Rusiya arasında ehtimal olunan gərginliyin bütün Avropa üçün fəlakətli nəticələri olacağını bildirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Rusiya Ukrayna sərhəddinə yaxın bölgələrdə hərbi yığınağını davam etdirərkən, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda danışıqlar aparıb.

Oleksiy Reznikov ABŞ Müdafiə Nazirliyində (Pentaqon) ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

Pentaqonun mövzuyla bağlı bəyanatında bildirilib:

“Nazirlər Rusiyanın regionda sabitliyi pozan hərəkətləri də daxil olmaqla bir sıra təhlükəsizlik məsələlərinə toxunub və avqustun 31-də imzalanmış ABŞ-Ukrayna Strateji Müdafiə Çərçivə Sənədində vurğulanan birgə ümumi prioritetləri irəlilətmək üçün sıx əməkdaşlıq etməklə bağlı razılığa gəliblər”. 

Görüşdən öncə mətbuata qısa açıqlama verən Austin “Rusiyanın təcavüzünə qarşı ümumi prioritetimizi irəlilətməyə davam etmək və Qara dəniz təhlükəsizliyi, kibermüdafiə və kəşfiyyat məlumatlarının mübadiləsi kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün bu çərçivəni (ABŞ-Ukrayna Strateji Müdafiə Çərçivəsi) necə həyata keçirə biləcəyimizi müzakirə etməyi səbirsizliklə gözləyirəm” deyib.

Reznikov isə Ukraynanın ABŞ ilə strateji münasibətlərini və Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ-ın köməyini yüksək dəyərləndirdiyini bildirib. Reznikov deyib ki, Ukrayna özəlliklə Rusiyanın hibrid hücumlarına qarşı mübarizə sahəsində ABŞ-la tərəfdaşlığını inkişaf etdirməkdə qərarlıdır.

“Ukraynada Rusiyanın hər an gərginliyi artıra biləcəyini çox yaxşı bilirik. Ölkəmizi və uşaqlarımızın gələcəyini müdafiə etməyə hazırıq. Bu mümkün gərginlik, şübhəsiz ki, bütün Avropa üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Bunun baş verib-verməyəcəyi isə bu təcavüzə qarşı əsasən dünyanın birliyindən və əzmi üzərində nə qədər qətiyyətli olmasından asılıdır” -deyə Reznikov qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın