Bu gün keçirilən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının toplantısında Azərbaycanın baş naziri Novruz Məmmədov sədr seçilib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Dövlət Neft Fondunun toplantısında baş nazir Novruz Məmmədov Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

Bildirilir ki, Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2017-ci il büdcəsinin icrası və Fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.

Müşahidə Şurası ARDNF-nin İcraçı direktorunun təqdim etdiyi Fondun 2017-ci ildə fəaliyyəti haqqında illik hesabatı, 2017-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Praysvoterhauskupers Audit Azərbaycan” MMC) hesabatını məqbul hesab edib, ARDNF-nin 2017-ci il büdcəsinin icrası layihəsinin və ARDNF-nin 2018-ci il büdcəsindəki dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Öncəki xəbərMaksim Şevçenko: Mən Nikol Paşinyanın siyasətinə qarşıyam
Sonrakı xəbərFutbol üzrə Dünya Çempionatı 2018-də ilk yarımfinalçılar: Fransa – Belçika
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın