Rusiyada keçirilən 2018-ci il Futbol üzrə Dünya Çempionatında (DÇ-2018) ilk yarımfinalçı cütlüyün adlarına aydın gəlib: Fransa – Belçika.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu gün Fransa Uruqvay millisi ilə üz-üzə gəlib. “Nijni Novqorod” stadionunda baş tutan qarşılaşma fransızların 2-0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu 40-cı dəqiqədə Rafael Varan vurub. Antuan Qrizman 61-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.

Uruguay v France – 2018 FIFA World Cup Russia™ – Match 57

Günün ikinci ¼ finalına belçikalılar daha yaxşı başlayıblar. Öncə 13-cü dəqiqə braziliyalıların heyətində Fernandinyo avtoqola imza atıb. Oyunun 31-ci dəqiqəsində isə De Bruyne fərqi ikiyə çatdırdı.

Fasilədən sonra braziliyalıların aramsız hücumları 76-cı dəqiqədə Auqustonuncavab qolu ilə nəticələndi. Lakin Braziliyalıların bütün səylərinə baxmayaraq, Belçika qələbə hesabını əldən vermədi.

Brazil v Belgium – 2018 FIFA World Cup Russia™ – Match 58

İndi yarımfinalda Belçikanın rəqibi Fransa millisi olacaq.

Sabah Dünya Çempionatının ¼ finalının başqa oyunlarında Rusiya Xorvatiya ilə, İngilətərə isə İsveçlə qarşılaşacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın