Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda NATO rəhbərliyi Alyansın Şərq sərhədlərini gücləndirmək barədə qərar qəbul edib.

YALAN.info bildirir ki, bununla bağlı Şimali Atlantika Alyansının (NATO) Twitter səhifəsində yazılıb.

Məlumata görə, NATO Estoniya, Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstana əlavə canlı qüvvə və texnika, o cümlədən qırıcı təyyarələr göndərib.

“Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar təhlükəsizliyimiz üçün yeni reallıqlar yaranıb. NATO buna uyğun olaraq Alyansın Şərq hissəsində müdafiə mövqelərini gücləndirib. Oraya daha çox qoşun, təyyarə və gəmi cəlb olunub”, – NATO-dan bildirilib.

NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının indi Brüsseldə davam edən fövqəladə toplantısının açılış nitqində deyib ki, həmin qüvvələr lazım olan vaxtadək orada qalacaqlar.

MƏNBƏTwitter
Öncəki xəbərBöyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir
Sonrakı xəbərAzərbaycan millisinin 22 yaşadək kişi boksçuları Avropada dördüncü oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın