Bu gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müharibədən zərər çəkən vətəndaşlar üçün onlayn “Psixoloji dəstək xətti” (050 406 75 85) çalışmağa başlayıb. 

Nazirlikdən bildirilib ki, psixoloji dəstək xəttinin açılmasında məqsəd müharibədən zərər çəkən insanlara operativ psixoloji yardımın göstərilməsidir.

Agentliyin psixoloq və psixiatrları tərəfindən göstəriləcək yardım onlayn şəkildə həyata keçiriləcək. Belə ki, mütəxəssislər vətəndaşlara həm telefon zəngi vasitəsilə səsli, həm də videogörüntü (“ZOOM” və başqa proqramlarla) formasında dəstək olacaqlar.

Qeyd olunan telefon nömrəsinə zəng edən vətəndaş ona göstəriləcək psixoloji dəstəyin formasını (telefon danışığı, ya da videogörüntü) özü seçəcək.

Vətəndaşın müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə yönləndiriləcək.

Mütəxəssislərdən ibarət xüsusi qrup müraciəti araşdırdıqdan sonra vətəndaşa məhz hansı istiqamətdə yardım göstəriləcəyinə qərar verərək, onunla bağlantı qurulacaq. 

“Psixoloji dəstək xətti” möhtəşəm qələbəmizlə başa çatan Vətən müharibəsinin iştirakçıları olan hərbçilər, onların yaxınları, şəhid ailələri və eləcə də düşmənin terror hücumları nəticəsində yaxınları həlak olan, dərin sarsıntı keçirən insanlara fasiləsiz və sürətli psixoloji xidməti təmin edəcək.

Öncəki xəbərBarak Obamanın kitabı satışa çıxdığı ilk gündən rekord qırdı
Sonrakı xəbərİslam ölkələrində Fransa məhsullarına boykotun ölçüləri genişlənir
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın