ABŞ Prezidenti Co Bayden (Joe Biden) Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Ukraynaya hücum edəcəyi halda Rusiyanı maliyyə izolyasiyası ilə hədələyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden jurnalistlərin suallarını cavablayarkən deyib.

ABŞ prezidenti Co Baydenin sözlərinə görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi halında ABŞ Şərqi Avropadakı NATO ölkələrinə əlavə qüvvələr göndərəcək. Bayden deyib: “Biz şərq cinahına daha çox ABŞ və NATO hərbçiləri göndərməli olacağıq. Bizim “Buxarest doqquzluğu” (B9) ölkələrini – Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniyanı Rusiyanın istənilən hücumundan qorumaq üçün müqəddəs öhdəliyimiz var”.

Amerika lideri bunun baş verəcəyi təqdirdə rəsmi Moskvaya qarşı daha sərt iqtisadi sanksiyaların tətbiq ediləcəyi ilə bağlı Rusiya prezidenti Vladmir Putinə aydın mesaj verdiyini bildirib. Bayden əmindir ki, bu cür addımlar təkcə Moskvaya təsir etməyəcək, həm də başqa ölkələrin ona münasibətini dəyişəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın