“Düşünürəm ki, Azərbaycan bir neçə həftə içində hərbi məqsədlərinə çatacaq”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Türkiyənin DHA informasiya agentliyinə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar hələlik çox uğurludur:

“Qənaətimcə, Azərbaycan Ermənistan tərəfini çox təəccübləndirdi. Azərbaycan Türkiyədən aldığı və arsenalına daxil etdiyi pilotsuz uçuş aparatları və silahlı pilotsuz uçuş aparatlarından istifadə edərək, Ermənistanın hərbi gücünü bir-bir məhv edir”. 

M.Brayza bildirib ki, Ermənistan bu dron hücumlarının qarşısını ala bilmir:

“Düşünürəm ki, Azərbaycan bir neçə həftə içində hərbi məqsədlərinə çatacaq. Bu məqsədlər Qarabağda bir sıra, ya da böyük bir ərazini geri almaqdan ibarətdir. Ardınca da Azərbaycan güclü mövqe ilə siyasi anlaşma yoluna gedə biləcək. Mən toqquşmaların bu cür başa çatacağını düşünürəm”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın