Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev Rusiyanın düşmənlərinə nifrət etdiyini və ömrünün sonuna qədər onların yox olması üçün hər şeyi edəcəyini bəyan edib.

YALAN.info bildirir ki, bununla bağlı Medvedyev özünün “Telegram” hesabında yazıb.

“İnsanlar məndən tez-tez soruşurlar ki, niyə mənim “Telegram”dakı postlarım bu qədər sərtdir. Cavab verirəm – onlara nifrət edirəm. Onlar əclaf və rəzildirlər. Onlar bizə – Rusiyaya ölüm istəyirlər. Nə qədər ki, sağam, onların yox olması üçün hər şeyi edəcəyəm ”, – deyə Rusiya Təhlükəsizlik Şurasının rəhbər müavini sosial şəbəkədə yazıb.

Öncəki xəbərAzərbaycanlı minifutbolçular ilk dəfə Avropa Çempionatının pley-off mərhələsinə çıxdı
Sonrakı xəbər“Reuters” agentliyi Azərbaycanın İsveçrəsi – Şuşadan reportaj hazırladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın