“Rusiya ukraynalıları öldürməkdə davam edir, bəziləri isə bu ölkəni alçaltmamağı xahiş edir. Moskva Avropadan sərt cavab almalıdır”.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixailo Podolyak “Twitter” hesabında yazıb.

“Kimsə Rusiyanı alçaltmamağı xahiş etdiyi halda, Kreml yeni məkrli hücumlara əl atır. Bu gün Kiyevə raket hücumlarının yalnız bir məqsədi var – mümkün qədər çox ukraynalının öldürülməsi. Hər bir belə terror aktı Avropa paytaxtlarından sərt cavab almalıdır – yeni sanksiyalar və daha çox silah”, – Podolyak vurğulayıb.

Onu da bildirək ki, bu gün səhər saatlarında Kiyevə raket hücumu olub. Paytaxtdadə beşə yaxın partlayış baş verib. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, partlayışlar şəhərin Darnitski və Dneprovski rayonlarında baş verib. Bir müddət sonra Kliçko atəş nəticəsində bir mülki vətəndaşın yaralandığını bildirib. Xoşbəxtlikdən ölən olmayıb.

Yada salaq ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsi bitəndə diplomatik kanallarla çıxış yolu qurmaq üçün “Rusiyanı aşağılamamaq” gərəkdiyini deyib: “Biz Rusiyanı aşağılamamalıyıq ki, müharibə bitən gün diplomatik kanallarla çıxış yolu quraq”. “Mən hesab edirəm ki, Putin öz xalqı, özü, tarix üçün fundamental və tarixi səhv etdi və mən bunu ona dedim. Rusiya Prezidenti Putin özünü təcrid edir və onun bu durumdan çıxması çətindir”, – deyə Makron əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın