Mariupolun ukraynalı müdafiəçilərinin olduğu azı yeddi avtobus bu gün “Azovstal”dan yola düşüb.

YALAN.info bildirir ki, bununla bağlı “Reuters” məlumat yayıb.

Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə nazir İrina Vereşuk deyib ki, Mariupolda “Azovstal” zavodundan təxliyə edilən ukraynalı xəsarət almış hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək.

Mayın 17-də Müdafiə Nazirliyi zavodun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlandığını elan edib. Müdafiə Nazirliyinin məlumatına görə, mayın 16-da 53 ağır yaralı “Azovstal”dan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib. Daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya aparılıb.

Yada salaq ki, Rusiya Ordusu martın 1-dən indiyədək mühasirədə olan Mariupol şəhərinin böyük hissəsini nəzarət altına ala bilsə də, şəhərdəki “Azovstal” zavodunu hələ də ələ keçirə bilməyib. Zavodun müdafiəsində əsasən Ukraynanın “Azov” alayı durur.

Onu da bildirək, ölkə prezidenti Volodimir Zelenski və Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk Ukrayna tərəfinin Mariupoldakı yaralı müdafiəçiləri Rusiya Ordusunun əsirləri ilə dəyişməyə hazır olduğunu bildirmişdi.

KİMNatalia Zinets
MƏNBƏReuters
Öncəki xəbərŞuşanın bahar çağı – Qala şəhərdən foto-reportaj
Sonrakı xəbər“Qarabağ” FK UEFA Çempionlar Liqasına Avstriyada hazırlaşacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın