Şimali Koreyada ölkə rəhbəri Kim Çen Inın fəaliyyəti ilə bağlı sənədli film təqdim edilib. Kadrlarda siyasətçinin kəskin arıqlamasından sonra onun səhhətində yaranan problemlər barədə yayılmağa başlayan şayiələrə özəl diqqət yetirilib.

Filmin müəllifləri Şimali Koreya liderinin xarici görünüşündəki dəyişiklikləri onun koronavirus pandemiyası və ərzaq böhranı səbəbindən KXDR üçün özəlliklə çətinləşən bir ildə zəhməti ilə əlaqələndiriblər.

Bildirək ki, kadrda KXDR liderinin at çapması daha böyük maraq yaradıb. Ekspertlərin düşünür ki, həvəskar üçün Kim Çen In yaxşı çapardır; o, yəhərdə möhkəm oturub, eyni zamanda, əlləri sakitdir və ani hərəkətlər etmir, ayaqları yaxşı işləyir.

Yada salaq ki, yenidən ictimaiyyət qarşısına çıxan KXDR lideri Kim Çen Inın yeni arıqlamış görünüşü hər kəsi heyrətləndirib. Şimali Koreya lideri dövlət başçısı olduğu on il ərzində ilk dəfədir ki, belə arıqlayıb.

North Korea state TV airs new video of Kim Jong Un riding horse up sacred mountain with aids

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın