“Bu gün kifayət qədər özəl kurslar sınaq imtahanları aparırlar. Ancaq biz o imtahanların nəticələrinə cavabdeh deyilik”. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, özəl kursların keçirdiyi sınaq imtahanların nəticələri real biliyi əks etdirmir: 

“DİM tərəfindən açıq sualları imtahanlara təklif edirik, onun nəticələrini də ekspertlərimiz təhlil edir. Ancaq özəl kursların verdiyi nəticələr qəbul imtahanında təsdiqlənmir”.

M.Abbaszadə onlayn sınaq imtahanları ilə bağlı olaraq bildirib ki, valideynlər internet vasitəsilə keçirilən sınaq imtahanlarında övladlarının əldə etdikləri nəticələri öncədən qiymətləndirə bilərlər.

Onun sözlərinə görə, kağız daşıyıcılar üzərində olan sınaq imtahanlarında şagirdlər öz bilikləri ilə yanaşı, real vaxt rejimində nə etmək lazım olduğu vərdişlərini əldə edirlər:

“Bu nöqteyi-nəzərdən kağız daşıyıcısında olan imatahan daha əlverişlidir”.

Məleykə Abbaszadə deyib ki, xarici dildə təhsil almaq istəyənlər üçün Azərbaycan dili imtahanının da suallarının səsləndirilməsi növbəti qəbul imtahanlarında tətbiq olunacaq. O bildirib ki, III qrupda olan dəyişiklik səbəbindən coğrafiya fənni üzrə imtahan ayrı ola bilər:

“Növbəti qəbul imtahanında I qrup imtahanlarında informatika fənni olmayacaq. Bu dəyişiklik 2023-2024-cü tədris ilindən tətbiq olunacaq”.

“İnformatika fənninə aid qəbul proqramı üzərində işlər aparılır. Müəyyən planlarımız var, bunu Təhsil Nazirliyi ilə müzakirə edirik”, – deyə o qeyd edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın