Lor-estetik cərrah Səbinə İsmayılova ilə estetik tibbin incəlikləriylə bağlı müsahibə

Tibbin ən böyük uğurlarından biri müasir plastik cərrahiyyədir. İnsanların öz xarici görünüşlərini dəyişmək istəyinə fərqli yanaşmaq olar. Ancaq rinoplastika, ya da qulaqların kiçildilməsinin əksər insanın özgüvənini artırdığını inkar etmək olmaz. Elə buna görə də klinikalarda burunun formasının, ya da burun yollarının korreksiyası əməliyyatına üz tutanların sayı getdikcə artır.

Bəs nə zaman rinoplastikaya müraciət etmək olmaz? Əməliyyatın hansı riskləri var? Peşəkar həkimi necə seçək? BiznesMedia saytı bu sualların cavabını tapmaq üçün lor-estetik cərrah Səbinə İsmayılovadan müsahibə alıb:

– Səbinə xanım, ümumiyyətlə, rinoplastika nədir? Bu əməliyyatın yalnız estetik tərəfləri var, yoxsa onun hansısa tibbi əsasları da vardır?

– Rinoplastika burun plastikası deməkdir. Uğurla nəticələnən hər bir estetik əməliyyat insana özgüvən verir. Belə ki, sağlamlığımızda sinir sisteminin rolunu hər kəs bilir. Ayrıca rinoplastika zamanı septoplastika əməliyyatı (çəpər əyriliyi əməliyyatı) da yerinə yetirilir ki, bu zaman da burun tənəffüsü bərpa olunur.

– Rinoplastika üçün aşağı və yuxarı yaş həddi varmı?

– Aşağı yaş həddi xanımlar üçün 16, bəylər üçün 17 yaş götürülür, yuxarı yaş həddi isə yoxdur.

– Kimlərə rinoplastika əməliyyatına girmək olmaz?

– Rinoplastika əməliyyatından öncə pasiyentlər gərəkli müayinələrdən keçir. Müayinələrin hər hansı birində əməliyyat üçün əks göstəriş olarsa, əməliyyat etmirik. Məsələn, ürək-qan damar, sinir sistemi, ya da tənəffüs sistemində olan problemlər zamanı.

– Rinoplastika əməliyyatını yerinə yetirməzdən öncə və pasient əməliyyata hazırlanarkən daha çox nəyə diqqət olunmalıdır?

– Əməliyyatdan öncə pasiyentlə geniş söhbət aparılır, psixoloji durumu təkrar gözdən keçirilir. Pasiyent əməliyyata psixoloji olaraq hazırlanır, geniş anamnez toplanır. Daha sonra pasiyent anestezioloqun müayinəsində olur, burunun fotoları çəkilir, əməliyyat ücün gərəkli analizlər verilir və əks göstəriş olmadığı təqdirdə əməliyyata alınır.

– Rinoplastika əməliyyatına hansı cinsin nümayəndələri daha çox üz tutur? Rinoplastika üzrə əməliyyat xərclərindən danışın.

– Bu əməliyyata, sözsüz ki,  xanımlar daha cox üz tuturlar. Çünki xanımlar zahiri görünüşlərinə daha düşkündür, daim gözəl görünmək istəyirlər.

Əməliyyat xərcləri burunun xarici və daxili endoskopik müayinəsindən sonra bilinir. Əlavə olaraq analiz paketi üçün kiçik bir ödəniş olur.

– İndi “push down”, “let down” kimi terminləri tez-tez eşidirik. Bizə bunların  nə demək olduğunu açıqlaya bilərsinizmi? Hansı halda istifadə olunurlar?

– Hər bir həkimin buruna fərqli bir yanasma tərzi var, məqsəd isə eynidir – gözəl burun. Etiraf edim ki, hal-hazırda bu usullardan istifadə etmirəm və etməyi düşünmürəm. “Let down” üsulu zamanı burun beli açılmadan daha alt qismlərdəki qığırdaq və sümük toxumaları cıxarılaraq burun beli aşağı endirilir. Mənim iş prinsipim isə fərqlidir – toxumaları tam açmaq, mənimkiləşdirmək, yeni burun yaratmaq. Düşünürəm ki, orqan qoruyucu yanaşma zamanı problemləri də qorumuş oluram. Mənə lazım olan isə problemləri aradan qaldırmaqdır.

– Deyirlər ki, qış fəslində heç bir əməliyyata girmək olmaz. Bəs respirator xəstəliklərinin yayıldığı, havanın soyuq olduğu qış zamanı rinoplastik əməliyyata girmək olarmı?

– Ümümiyyətlə rinoplastika əməliyyatı üçün fəsil ayrımı fərqi yoxdur. Müasir, texnologiyanın inkisaf etdiyi bu dövrdə əməliyyatdan sonrakı sağalma mərhələsində otaq temperaturunu istədiyimiz kimi tənzimləyə bilirik. Bununla yanaşı qeyd edim ki, qış ayları bizim iqlimdə o qədər də sərt keçmir. Respirator xəstəliklərə gəldikdə isə fəsildən asılı olmayaraq, əgər pasient özündə hər hansı rahatsızlıq duyursa, əməliyyat etmirik.

–  Ümimiyyətlə, rinoplastikanın hansı riskləri vardır?

– Hər bir əməliyyatda oldugu kimi anestezioloji, qanaxma, hematoma, burun absesi və b. bu kimi risklər vardır. Pasientlər əməliyyata girdiyi zaman riks alır, həkim isə öz üzərinə məhsuliyyət götürür. Yaxşı cərrah ağırlaşmasının öhdəsindən gələ bilmədiyi əməliyyata girməməlidir.

– Baxın, bizdə adətən deyirlər ki, xaricdə hər şey bizdən yaxşıdır. Bu deyimi Azərbaycanda aparılan rinoplastika əməliyyatlarına da şamil etmək olarmı? Yəni Azərbaycanda aparılan bu əməliyyatlar keyfiyyətcə xarici ölkələrdəkindən fərqlənirmi?

– Böyük fəxrlə vurğulayıram ki, rinoplastika əməliyyatlarının uğurlu nəticələrinə görə Azərbaycan adı öndə çəkilən dövlətlərdəndir. Bizdən rinoplastikanın incəliklərini öyrənmək istəyən xarici ölkədən olan həmkarlarımız da kifayət qədərdir. Öz adıma qeyd edim ki, yenilik öyrənmək üçün hər zaman axrarışdayam.

– Heç olubmu ki, sizə burun korreksiyası əməliyyatı aparmağa gələn xəstələri bu düşüncədən yayındırmısınız? Ya da xəstə bir burun forması istədiyi halda, siz yalnız onun xahişini nəzərə alırsınız, ya özünüz ona başqa forma təklif etmisinizmi? Olubsa, bu halda hansı meyarları əlinizdə rəhbər tutmusunuz?

– Əlbəttə olub. İstər birincili, istərsə təkrar rinoplastika üçün üz tutan pasientlərdə burunda problem görmədikdə qətiyyən əməliyyata almıram.
Pasiyentin istəklərini yerinə yetirmək hər zaman öncəliyimizdir. Çünki məqsədim pasiyentimi xosbəxt görməkdir. Ancaq hər kəsin gözəllik anlayışı fərqlidir. Və mənim də gözəl gördüyüm bir burun forması var, yəni buna öz stilim deyək. Pasiyent bundan cox qırağa cıxdığı zaman duyuram ki, zövqlərimiz üst-üstə düsmur, bu zaman öz təkliflərimi edirəm. Təbii ki, alınmasa əməliyyat etməkdən imtina edirəm. Ancaq onu qeyd edim ki, yanıma gələn pasiyentlər mənim işlərimi bəyənərək müraciət etdikləri üçün bu cür hallar demək olar ki, olmur.

– Səbinə xanım, hazırda plastik cərrahların uğurlarını əksəriyyətimiz onların “Instagram” səhifələrinə əsasən dəyərləndiririk. Sizcə, həkim seçimində bu, kifayət edirmi? Etmirsə, həkimi necə seçək?

– “Instagram”da hər bir həkim ən gözəl əl işlərini paylaşır, mən də həmçinin. Məsələn, mənim peşəkar fəaliyyətimi rhinoplasti_dr.sabina “Instagram” səhifəmdən izləyə bilərsiniz. Müqayisə olunduğu zaman da ən gözəl burunlar müqayisə olunur. Bu o deməkdir ki, “Instagram”ın önəmi kifayət qədərdir.

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir