Fransada “Milli birlik” Partiyasından prezidentliyə namizəd Marin Le Pen seçkilərdə qalib gələcəyi halda ölkənin Şimali Atlantika Alyansından (NATO) çıxacağını açıqlayıb.

“Biz öz maraqlarımızı müstəqil şəkildə müdafiə etməli, hərbi bloklar məntiqindən çıxmalıyıq. Buna görə də, bizi bundan sonra başqalarının münaqişələrinə çəkə bilməsinlər deyə NATO-nun birləşmiş komandanlığından çıxacağıq”, – deyə o bildirib.

Bildirək ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. Prezidentliyə namizəd Marin Le Penin Emmanuel Makrondan tamamilə fərqli baxışları var. Marin le Pen qloballaşma əleyhinədir və Fransanın Avropa Birliyindən çıxması məsələsilə bağlı referendum keçirmək istəyir.

Öncəki xəbərMahir Emreli Zaqreb “Dinamo”sunun bir parçası olmaq heyrətamizdir dedi
Sonrakı xəbərErmənistan mətbuatı yazır: Paşinyan içib, Putini təhqir etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın