Kubanın paytaxtı Havanadakı tarixi “Saratoqa” hotelində baş vermiş partlayışda 32 nəfər həyatını itirib, 60-a yaxın insan yaralanıb. Ölənlərdən biri azyaşlı, yaralılardan isə 14-ü azyaşlıdır. Həmçinin, 19 nəfərin itkin düşdüyü bildirilib.

YALAN.info bildirir ki, xəsarət alanlar partlayış anında hotelin yaxınlığında olublar, çünki COVID-19 pandemiyası səbəbindən hotel iki il müddətinə bağlı olub.

Partlayışın məişət qazının sızması nəticəsində meydana gəldiyi vurğulanır. Altımərtəbəli hotelin yaxınlığındakı 17 bina, eləcə də ətrafdakı minik avtomobilləri və avtobuslar zərər görüb. Hotelin yerləşdiyi küçədə adam boyu dağıntılar qalaqlanıb. Xilasedicilər axtarışları davam etdirir. Hökumət hotelin tamamilə uçmaq təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Öncə terakt ehtimalı səslənsə də, sonradan hadisə yerinə gələn Kuba Prezidenti Migel Dias-Kanel bu versiyanı inkar edib və bunun bədbəxt hadisə olduğunu vurğulayıb.

Bildirək ki, 1880-ci ildə neoklassika üslubunda tikilmiş “Saratoqa” hoteli 1990-cı illərdə bərpa edilib və beşulduzlu turizm mərkəzi kimi işləyirdi.

Öncəki xəbərŞərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında axtarış işləri aparılacaq
Sonrakı xəbər“Azovstal”dakı bütün uşaq, qadın və qocalar təxliyə edilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın