12-15 may 2022-ci il tarixlərdə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

YALAN.info bildirir ki, Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəl¬ləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.

Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkürlərini ifadə edib, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Yada salaq ki, SSRİ-nin rəhbəri Nikita Xruşov 1956-cı ildə kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) Qarabağ atı hədiyyə etmişdi. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Ancaq onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib.

Prezidentin hədiyyəsi olan Qarabağ atı Kraliça II Yelizavetaya təqdim olunub

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın