“Əgər Qərb dövlətləri doğurdan da Rusiya Prezidenti Vladimir Putinin özünün təcrid olunduğunu başa düşməsini istəyirlərsə, onunla danışmağın heç bir mənası yoxdur”.

YALAN.info bildirir ki, bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib.

Siyasətçi bu yolla Fransa lideri Emmanuel Makronu “telefon diplomatiyası”na görə tənqid edib. “Mənə elə gəlir ki, hamı ona zəng vursa, o, təcrid olunduğunu başa düşməyəcək. Beləliklə, əgər biz əslində “siz (Prezident Putin) təcrid olunmusunuz” mesajını çatdırmaq istəyiriksə, ona zəng etməyin – bunun mənası yoxdur”, – deyə Kallas vurğulayıb.

“O, özünü diqqət mərkəzində hiss edir, çünki hamı onunla danışmaq istəyir. Bəs biz bundan nə əldə edirik?”, – deyə o əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın