İtalyan mütəxəssis Karlo Ançelottinin maş məşqçisi olduğu “Real Madrid” komandası tarixində 35-ci dəfə İspaniya çempionatının qızıl medallarına yiyələnib.

YALAN.info bildirir ki, kral klubu yubuley çempionluğunu La Liqada sona 4 tur qalmış əldə edib. XXXIV turda “Espanyol”u qəbul edən paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlib.

“Santyaqo Bernabeu” stadionunda keçirilmiş qarşılaşmada qolları 33-cü və 43-cü dəqiqələrdə Rodriqo, 56-cı dəqiqədə Marko Asensio və 81-ci dəqiqədə Kərim Benzema vurub.

Bununla xallarını 81-ə çatdıran “Real Madrid” ən yaxın izləyicisi “Sevilya”nı 17, potensial izləyicisi “Barselona”nı 18 xal geridə qoyub.

“Kral klubu”na rəhbərlik edən Karlo Ançelotti isə “Böyük beşlik” ölkələrinin çempionu adını qazanan ilk baş məşqçi olub. 63 yaşlı mütəxəssis daha öncə İtaliyada “Milan” (2003/2004), İngiltərədə “Çelsi” (2009/2010), Fransada PSJ (2012/2013), Almaniyada “Bavariya” (2016/2017) komandalarına bu uğuru yaşadıb. 

LaLiga CHAMPIONS celebrations on the BERNABÉU pitch! | Real Madrid

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın