Bu il iyun ayının sonunda Madriddə keçiriləcək Şimali Atlantika Alyansının (NATO) sammitində Türkiyə alyansın yeni strateji konsepsiyasına öz yanaşmalarını təqdim edəcək.

YALAN.info bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.

Onun sözlərinə görə, Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir, ancaq onun ilk növbədə təhlükəsizlik bloku olmasından irəli gəlir. Ona görə də alyansa qoşulmağı planlaşdıran ölkələr təşkilata üzvlük kriteriyalarına əməl etməlidir.

Bununla bağlı Çelik Türkiyə rəhbərliyinin mövqeyini bir daha bəyan edərək, Ankaranın hər iki Skandinaviya ölkəsi terror təşkilatlarına münasibətinə yenidən baxmayana qədər İsveç və Finlandiyanın NATO üzvlüyünə dəstək verməyəcəyini bəyan edib.

Türkiyənin hakim partiyasının sözçüsü həmçinin bildirib ki, Ankara terrorçuluğu dəstəkləyən ölkələrə qarşı veto hüququndan istifadə edə bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın