Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, 9 may 2022-ci ildə Qırmızı meydanda keçiriləcək paradda bir il öncəkindən daha az sayda əsgər və texnika olacaq. Artıq məlumdur ki, bu il heç bir xarici lider Moskvaya Qələbə Gününə gəlməyəcək.

YALAN.info bildirir ki, Rusiya Müdafiə Nazirliyinin cümə günü yayımladığı parad kolonlarının tərkibi ilə bağlı məlumatları qarşılaşdırdıqda, 2022-ci ildə keçiriləcək paradda 129 hərbi texnika iştirak edəcək ki, 2021-ci ildə bu rəqəm 191 olub.

Piyadalar cərgəsində kazaklar, “Yunarmiya” hərbləşdirilmiş hərəkatının əsgərləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da daxil olmaqla, təxminən 10 000 nəfər meydandan keçəcək. 2021-ci ildə isə paradda 12 min insan iştirak edib. Hər beş nəfərdən biri zabitdir. Bu da Rusiyanın Ukrayna ilə müharibədə təsdiqlənmiş itkiləri barədə bir göstəricidir.

Rusiya Müdafiə Nazirliyinin dərc etdiyi kolonların keçidi prosedurundan o nəticəyə gəlmək olar ki, 2021-ci ildə paradda iştirak etmiş bəzi hərbi texnika növləri bu il Qırmızı Meydanda nümayiş etdirilməyəcək.

Bir il öncə paradda olan, ancaq 2022-ci ildə nümayiş olunmayacaq avadanlıqlar arasında T-80BVM tankları, 2S35 Koalisiya-SV özüyeriyən artilleriya qurğuları, TOS-1A “Solnsepek” ağır alov qurğuları sistemləri, “Pansir-S” zenit kompleksi, eləcə də Milli Qvardiyanın bütün maşınları və b. var.

Bildirək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin hərbi parada heç bir dövlət liderini dəvət etməyib: “Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Qələbə Günü münasibəti ilə Moskvada keçiriləcək hərbi parada heç bir dövlət liderini dəvət etməyib. Çünki bu, yubiley tarixi deyil”.

Onu da bildirək ki, keçmiş müttəfiq respublikalarının bəzilərində Qələbə Gününə həsr edilən parad keçirilməyəcək. Latviya Qələbə Günü əvəzinə Rusiyanın hərbi müdaxiləsi nəticəsində Ukraynada həlak olanların xatirəsi günü kimi qeyd edəcək.

1 AÇIQLAMA

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın