İsveçrə Rusiya Federasiyasının 7,5 milyard İsveçrə frankı (8 milyard dollar) həcmində aktivlərini bloklayıb.

YALAN.info bildirir ki, bununla bağlı İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin nümayəndəsi Ervin Bollindjer məlumat yayıb.

Yada salaq ki, martın sonunda İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi 5,75 milyard İsveçrə frankı məbləğində Rusiya aktivlərinin dondurulduğunu elan etmişdi. Bu qadağalara bank hesabları, nağd pul, daşınmaz əmlak və incəsənət əşyaları da əlavə edilmişdi.

E.Bollindjerin sözlərinə görə, dondurulmuş aktivlərin 30 %-ə qədər artması sanksiyaların həyata keçirildiyini göstəricisidir.

Öncəki xəbərYunanıstan 12 rusiyalı diplomatı arzuolunmaz şəxs elan etdi
Sonrakı xəbərMariupol meri: Şəhərdə ukraynalıların meyitləri yoxa çıxmağa başlayıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın