Mariupolda ukraynalıların meyitləri yoxa çıxmağa başlayıb.

YALAN.info bildirir ki, bununla bağlı Mariupol şəhərinin meri Vadim Boyçenko deyib.

Onun sözlərinə görə, Rusiya Ordusu bu yolla şəhərdə törətdiyi cinayətləri gizlətməyə çalışır. Mer həmçinin əlavə edib ki, düşmən tərəfindən öldürülənlərin sayı azı 5000-dir.

“Martın 21-nə olan məlumata görə, şəhərdə ölənlərin sayını hesablamaq mümkün olanda bu rəqəm dəhşətli idi: beş min nəfər düşmən silahlarından həlak olub”, – deyə o bildirib.

Boyçenko onu da vurğulayıb ki, şəhərdə hələ də kömək istəyən 100 mindən artıq yerli sakin var. “Bizə Mariupol sakinlərinin tam təxliyəsi lazımdır. Şəhərimiz uğrunda döyüşən hərbçilərimizi xilas etmək lazımdır. Ən azı, bir neçə günlük sükut rejiminə ehtiyacımız var”, – deyə Mariupol meri vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın