İran İslam Respublikası səfirliyinin “persona non grata” (arzuolunmaz şəxs) elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirək ki, 6 aprel 2023-cü il tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsinin Azərbaycana münasibətdə sərgilədiyi təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat içində Azərbaycan ərazisindən çıxması tələb edilib.

Xarici İşlər Nazirliyinin “persona non grata” (arzuolunmaz şəxs) elan etdiyi İran səfirliyinin diplomatlarının adları bilinib:

  • Mirmahdi Mirsalampur Şərif;
  • Qurbanəli Purmərcan Varcovi;
  • Hadı Moğadam;
  • Əsgər Bahari Xoş Mənzər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın