ABŞ Dəniz Piyadaları Korpusunun on minə yaxın hərbi qulluqçusu koronavirusa (COVID-19) qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün xidmətdən qovula bilər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, dəniz piyadaları arasında peyvəndlənmə səviyyəsi 94 % təşkil edir, ancaq bu rəqəm ABŞ ordusunda ən aşağı göstəricilərdən biridir. Məsələn, Quru Qoşunlarında əsgərlərin 95 %-i, Hərbi Dəniz Qüvvələrində isə 99,7 % COVID-19 peyvəndi vurdurub.

Peyvəndlə bağlı durumun Korpus rəhbərliyini rahatsız etdiyi bildirilir, çünki həmişə ən sərt nizam-intizamı ilə seçilən dəniz piyadaları əmrə tabe olmamaq qərarına gəliblər.

ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toronun məlumatına görə, peyvənddən imtina ilə bağlı hər bir hadisə ayrıca gözdən keçiriləcək, koronavirusa qarşı peyvənd müddəti bitən günə kimi heç bir hərbçini işdən çıxarmayacaq.

Yada salaq ki, ABŞ Dövlət Təhqiqatlar Bürosu onların 170-ə yaxın əməkdaşının koronavirusa qarşı peyvənd olunmadığını, ancaq vəzifələrini yerinə yetirməkdə davam etdiyini bildirmişdi.

Bayden administrasiyası hərbçilərdən başqa bir çox federal işçilər, podratçılar və tibb işçiləri üçün peyvənd olunmağı məcburiyyət etdi. Bu yaxınlarda Ağ Ev, ən azı 100 işçisi olan özəl şirkətlərdən vaksinasiya, ya da həftəlik sınaqdan keçməyi tələb edəcəyini söylədi. İndi məhkəmələrdə bu qanuna etiraz edilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın