Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib ki, parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə, üzvü olduğu partiya bütün birmandatlı dairələrdə qalib gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “RIA Novosti” agentliyinin xəbərinə görə, İ.Kobaxidze bunu mətbuat nümayəndələri üçün keçirilən brifinqdə bəyan edib.

“Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlarımız var. Gözlənildiyi kimi, “Gürcü Arzusu” partiyasının namizədləri 17 dairənin hamısında qalib gələrək parlamentə mandatı alıblar. Bu səbəbdən növbəti parlamentdə “Gürcü Arzusu” 90 millət vəkili ilə təmsil olunacaq”, – deyə İ.Kobaxidze söyləyib.

O əlavə edib ki, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda iştirak edib.

Öncəki xəbərAzərbaycanın Ukraynadakı səfiri Elmira Axundova “Svoboda slova” verilişində çıxış edib
Sonrakı xəbərİlham Əliyev Sergey Lavrovun da daxil olduğu Rusiya nümayəndələri ilə görüşüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın