Ermənistanın Baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyanın Fransaya səfəri zamanı rəsmi Paris növbəti dəfə İrəvanı dəstəklədiyini sərgilədi. Hərçənd ki, prezident Emmanuel Makronun bu dəstəyi quru sözdən o tərəfə keçmir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Peşəkar Siyasi Məsləhətçilər Assosiasiyasının vitse-prezidenti İqor Tenetko Caliber.Az üçün Fransanın bölgə siyasətindən danışıb. O, bildirib ki, Makron növbəti dəfə çox narahat bir siyasi duruma, bir növ tələyə düşüb.  

“Makron bir növ tələyə düşüb. Belə ki, 2022-ci ilin aprelində keçiriləcək prezident seçkilərinə çox az vaxt qalıb. Fransanın Qafqazdakı varlığını necə təmin edə biləcəyi mənim üçün tamamilə aydın deyil. Məsələn, əgər söhbət “mavi dəbilqə”lərdən gedirsə, bu, kollektiv beynəlxalq xarakterli çox uzun bir prosedurdur. Fransanın Azərbaycana birbaşa hərbi, ya da siyasi təsiri yoxdur. Bakı kimi, ATƏT-in Minsk qrupunun iki həmsədri – Fransa və ABŞ-ın simasında Qərbin aktivləşməsində maraqlı olmayan Moskvanın mövqeyini də nəzərə almaq gərəkdir. Ancaq prezident Makron Nikol Paşinyana heç olmasa şifahi dəstək verməkdən imtina edə bilməz, çünki erməni lobbisinin Fransada böyük siyasi təsir gücü var. Seçkiqabağı Fransa prezidentinin onların dəstəyinə ehtiyacı var”, – deyə siyasi ekspert bildirib.

Bununla yanaşı, o, Fransanın heç vaxt rəsmi Bakı ilə birbaşa qarşıdurmaya getməyəcəyini də vurğulayıb.

“Azərbaycanda və Türkiyədə də Fransa prezidentinin timsalında niyə Ermənistana bu cür dəstəyin olduğunu anlamalıdırlar. Yenə də Fransa nə edə bilər ki? Əlbəttə, Fransa güclü və müstəqil bir dövlətdir, NATO üzvüdür. Paris operativ hərbi qüvvələrini – “Xarici Legion” və başqa birliklərini dünyanın istənilən yerinə sürətli bir şəkildə göndərə bilər. Ancaq bunun üçün BMT-nin uyğun səlahiyyətlərinə, ya da Ermənistanın rəsmi tələbinə ehtiyacı var. Bununla belə, Fransa Azərbaycanla birbaşa hərbi qarşıdurmaya gedəcəkmi? Əminəm ki, yox. Heç kim buna getməz. Paris BMT Təhlükəsizlik Şurasının kollektiv dəstəyini ala bilərmi? Bu da çətin məsələdir.

Deməli, “qoyunların güvənliyi və canavarların toxluğu” üçün gərək olan diplomatik ritorika qalacaq. Prezident Emmanuel Makronun özü də son vaxtlar fransız elitasının dəstəyini itirir. O, siyasətçi deyil, ancaq dərhal belə bir güclü dövlətin başçısı oldu. Bəlkə də bu, Fransız siyasi elitasının səhvi idi”, – deyə İ.Tenetko əlavə edib.

Öncəki xəbərRegional Ekoloji Mərkəzin direktoru beynəlxalq qurumları ikili standartlarda günahlandırdı
Sonrakı xəbərCəbəllütariq Qran-Prisində 3-cü yeri tutmuş Günay Məmmədzadə ilə müsahibə
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın