Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

YALAN.info bildirir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da güclənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə dövlət başçılarının bir yerdə olması qardaşlığımızın rəmzi kimi dəyərləndirildi.

Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının önəmini vurğuladılar və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdilər. Görüşdə əməkdaşlığımızın bundan sonra da genişlənəcəyi qeyd olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.

Sonra İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Səlcuk Bayraktar və digər ailə üzvləri ilə nahar yeməyi oldu.

MƏNBƏAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Öncəki xəbərİ.Əliyev və R.T.Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında çıxış ediblər
Sonrakı xəbər“Real Madrid” klubu 14-cü dəfə UEFA Çempionlar Liqasının qalibi oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın