Onları hərkəsin sevməsinə baxmayaraq, bir neçə dünyaca məşhur ulduz ailə həyatı qurmağı düşünmür. Milyonlarla pərəstişkarlarının olmasına baxmayaraq hələ də subay qalan Hollivud (Hollywood) ulduzları var. Onların bəziləri əsl sevgini tapmadıqlarını, digərləri isə azadlığı sevdiyini deyir.

YALAN.info artıq gənc olmasa da, heç vaxt ailə həyatı qurmayan ən məşhur 5 dünya ulduzunu təqdim edir.

Leonardo di Kaprio – 48 yaş

Leonardo di Kaprio

Hollivud aktyoru Helena Kristensen, Jizel Byundhen, Bar Refaeli, Erin Heterton, Bleyk Layvli və başqaları da daxil olmaqla bir çox məşhur qadınlarla eşq yaşayıb. Yeni sevgilisi isə model Kamilla Morronedir. Şayiələrə görə, Leo sevgilisinə evlilik təklif edib, ancaq hələlik toyla bağlı heç bir konkret məlumat yoxdur.

Şarliz Teron – 47 yaş

Şarliz Teron (Charlize Theron)

“Oskar” mükafatçısı Şarliz Teron da heç vaxt evlənməyib. Onun “Third Eye Blind” qrupunun aparıcı müğənnisi Stiven Cenkins də daxil olmaqla bir neçə səs-küylü macərası olub, ancaq bunların heç biri nikaha qədər davam etməyib.

Onu da bildirək ki, Şarliz özünü uşaqlara həsr etmək qərarına gəlib. Onun öz uşaqları olmasa da, övladlığa götürdüyü bir oğlan və bir qız uşağını böyüdür.

Kayli Minouq – 54 yaş

Kayli Minouq (Kylie Minogue)

Müğənni dəfələrlə özəl həyatını tənzimləməyə çalışıb, ancaq həmişə nəsə onun qarşısını kəsib. 2016-cı ildə şans ona gülümsədi; aktyor Coşua Sass ilə nişanlandı. Ancaq bir il sonra Minouq onunla münasibətlərini kəsdi. Kayli öyrənib ki, bəy onu aldatmağı çox sevirmiş. İndi o, Paul Solomons ilə görüşür və onlar artıq nişanlarını elan ediblər. Ancaq toyun olub-olmayacağı hələ dəqiq bilinmir.

Cared Leto – 51 yaş

Cared Leto

Milyonlarla qadının sevimlisi olan Jared Leto da rəsmi olaraq heç vaxt evlənməyib. O, Britni Spirs, Skarlett Yohansson, Paris Hilton və başqa məşhurlarla görüşsə də, toy haqqında düşünəyib. Cared özü də dəfələrlə bildirib ki, başqa bir insan üçün məsuliyyət götürməyə hazır deyil, ona görə də hələlik subaylıq həyatı yaşayır.

Al Paçino – 82 yaş

Al Paçino

Hollivud aktyoru Al-Paçino qadınları çox sevir, ancaq azadlığı ilə sağollaşmağa hazır deyil. Onun üç övladının olması bilinir, ancaq uşaqların anaları heç vaxt Al Paçinonun rəsmi arvadı olmayıblar. Qadınlarla həyatı alınmasa da, o, açıq şəkildə deyir ki, həyatında ən yaxşı şey uşaqlardır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın