Bakının işıqlı küçələrini sevirəm. Bütün Bakını, onun mərkəzini piyada gəzirəm.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri bir neçə gün öncə Bakıda konsert verən məşhur türkiyəli müğənni Rafet El Roman aparıcı Emin Müsəvi ilə danışarkən deyib. Sənətçi Bakını, Xəzər dənizini, Azərbaycan musiqisini çox sevdiyini vurğulayıb:

“Mənim üçün bir nömrəli ifaçı Rəşid Behbudovdur. Bir də Aygün Kazımovanın səsini bəyənirəm. Röyanı da sevirəm, səhnə də paylaşmışıq. Buranın özünəməxsus rəqslərini, musiqisini bəyənirəm. Burada 6/8 ritminə heyranam.

Hərdən musiqiçilərimə deyirəm ki, bunu siz də edin. Ancaq bacarmırlar, bir yerdən sonra dayanırlar. Sizin musiqiçilər bunu necə edir? Xəzər dənizini, “asetirin” (nərə) balığını çox sevirəm.

Burada bilmirlər. Bəzən gecə yarısı papağımı başıma taxıb, bütün şəhəri gəzirəm”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın