Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib ki, Avropa Birliyi onun ölkəsini bu quruma qəbulunu sürətləndirməlidir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Zurabişvili Böyük Britaniya qəzetinə müsahibəsində deyib ki, Ukraynada baş verən hadisələr Avropa Birliyinə (AB) qoşulmaq istəyən qonşu ölkələr üçün yeni “imkanlar pəncərəsi” açıb.

“Biz (Rusiyaya) zəif nöqtələrimizin olduğunu hiss etdirməməliyik. AB bizim uzunmüddətli gözləntimizə cavab verməyin yollarını tapmalıdır. Bizə bir ailənin parçası olduğumuzu hiss etdirməlidir”, – deyə 69 yaşlı siyasətçi vurğulayıb.

Zurabişvili Ukraynadakı vəziyyət fonunda Avropanın göstərdiyi qətiyyəti alqışlayıb, ancaq vurğulayıb ki, 2008-ci ildə Gürcüstanda baş verən münaqişədən sonra AB eyni qətiyyət nümayiş etdirə bilməyib. “Biz də Ukrayna qədər gözlədik…Biz də eyni yoldayıq, bizimlə də hesablaşmaq lazımdır… Bizi unutmaq olmaz”, – deyə o əlavə edib.

MƏNBƏThe Financial Time
Öncəki xəbərRauf Məmmədov Sergey Karyakinə: İndi sənə yazığım gəlir
Sonrakı xəbərRusiyanın Müdafiə Nazirliyi: Xerson şəhəri tamamilə ələ keçirilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın