Aclıq aksiyasını dayandırdığı üçüncü gündə Mixail Saakaşvilinin səhhəti sabitləşib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Gürcüstan Səhiyyə Nazirliyinin həkimlər şurasının üzvü, endokrinoloq Elene Qiorqodze Qori hospitalında Gürcüstanın keçmiş prezidentini müayinə etdikdən sonra bəyan edib.

O, siyasətçinin analiz cavablarının tədricən yaxşılaşdığını və gələn həftənin bazar ertəsindən etibarən üç həftəlik xüsusi pəhriz rejiminə keçiriləcəyini bildirib.

Həkim indi xəstənin intensiv terapiya şöbəsində olduğunu, həm həkimlərin, həm də Saakaşvilinin durumdan razı qaldığını vurğulayıb.

Qiorqodze eks-prezidentin fiziki zəifliyinə təəccüblənməməyi məsləhət görüb və 50 günlük aclığın fəsadsız keçməsinin mümkünsüzlüyünü qeyd edib.

Xatırladaq ki, müalicədən sonra Saakaşvili yenidən Rustavi həbsxanasına qaytarılacaq və iki cinayət işi üzrə aldığı toplam 6 illik həbs cəzasını çəkməyə davam edəcək.

Həbs müddəti onun saxlanıldığı oktyabr ayının 1-dən hesablanır. Bu müddətin artacağı istisna deyil. Belə ki, hazırda məhkəmədə onunla bağlı daha üç işə baxılır. Onlardan təkcə biri üzrə maksimal həbs müddəti 9 il təşkil edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın