Aprelin 23-də sahildən təqribən 110 kilometr məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində baş vermiş yanğın tam söndürülüb, 12 nəfər heyətdən 11-i xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin birgə məlumatı

Bu gün səhər saat 09.32-də Rusya Federasiyasının Dövlət bayrağı altında Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “Palflot-2” tankerindən Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə qəza hadisəsi haqqında SOS siqnalı daxil olmuşdur. Məlum olmuşdur ki, 40 13 56N və 51 39 75E koordinatlarında tankerdə yanğın hadisəsi qeydə alınıb. Dərhal təlimata uyğun olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus olan gəmilər və yanğınsöndürmə helikopterləri xilasetmə əməliyyatına cəlb olunmuşdur.

Tankerin bortundan 11 nəfər heyət üzvündən 10 nəfər təxliyyə olunmuşdur. Lakin bir nəfər – baş mexanik Kramçuk Andrey Vladimiroviç naməlum şəraitdə itkin düşmüşdür. Xilas edilən 11 dənizçinin vəziyyəti isə qənaətbəxşdir.

“Caspian Voyager”, “Caspian Protechtor”, “İslay”, “Jura”,  “Vixr-5” gəmiləri vasitəsilə tankerdə yanğının söndürülməsi əməliyyatı davam etdirilir.

Saat 18:06 radəlarində “Vixr-5” yanğınsöndürən gəminin iştirakı ilə  “Palflot-2”  tankerində baş vermiş yanğın tam aradan qaldırılmış, hal-hazırda gəmidə kəşfiyyat işləri və gəminin yedək vasitəsiylə sahilə doğru gətirilməsi üçün hazırlıq işləri görülməkdədir.


Yanan Rusiya tankeri “PALFLOT-2“

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın