“Facebook” sosial şəbəkəsi rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenkonun hesabını Şuşa ilə bağlı yazdığı statusa görə əngəlləyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı İqor Korotçenko öz “Twitter” səhifəsində paylaşım edib.

O, “Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər?” sualına görə “Facebook” mənə üç gün qadağa qoyub”, deyə bildirib.

Qeyd edək ki, ötən həftə Şuşada səfərdə olan İqor Korotçenko “Facebook” səhifəsində ermənilərə “Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər? Heç nə. Hətta Şuşada.. Doğrudan niyə? Cavab verin” sualını ünvanlayıb.

KİMИгорь Коротченко
MƏNBƏTwitter
Öncəki xəbərPutin Ermənistan-Azərbaycan sərhədində atışmaların sakitləşmədiyini bildirdi
Sonrakı xəbərN.Paşinyan Rusiya MN-nin delimitasiya və demarkasiya ilə bağlı təkliflərinə razı oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın