Estoniya, Latviya və Litva Şimali Atlantika Alyansına (NATO) müraciət edərək alyansın bu ölkələrdə hərbi mövcudluğunu artırmağı xahiş ediblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu açıqlama ilə Estoniyanın Baş naziri Kaya Kallas çıxış edib. K.Kallas düşünür ki, bu artım Rusiya üçün “çəkindirici” ola bilər.

NATO-nun anonim diplomatı xəbəri yayımlayan mənbəyə bildirib ki, Baltikyanı ölkələrin tələbinə fevralın ortalarında alyans üzvlərinin müdafiə nazirlərinin görüşündə baxıla bilər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın