“Baş nazir Nikol Paşinyanın mütəmadi koronavirusa (COVID-19) yoluxması siyasi çevrələrdə aktiv müzakirə olunur. Bu, bəzi şübhələrə yol açıb”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

“Əgər Paşinyan, Baş nazir ofisinin açıqladığı kimi, infeksiyanı simptomsuz keçirirsə, sual yaranır: niyə o, koronavirusa yoluxduğunu sanıb analiz verib? Paşinyan hər hansısa əsas olmadan müayinə olunur və həkimlərə müraciət edir?”, – qəzet sual edib.

Nəşr bildirib ki, bir versiyaya görə, N.Paşinyan ya arzuolunmaz xarici səfərdən yayınır, ya da, başqa bir versiyaya görə, səbəb Ordu Gününün qeyd olunmasıdır. Yanvarın 28-də İdman-Konsert Kompleksində müharibədən qayıdanların da iştirak edəcəyi tədbir nəzərdə tutulub. “Hraparak” vurğulayıb ki, N.Paşinyanın iştirakı ilə təsirli səhnələr yaratmağa çalışıblar, ancaq iştirakçılar razılaşmayıb. Ermənistan Baş naziri isə, öz növbəsində, “adi” şousuz tədbirə qatılmağı məqsədəuyğun saymır.

Bildirək ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Baş nazir Nikol Paşinyan koronavirusa yoluxub. Baş nazir xəstəliyi simptomsuz keçirir. O, özünü təcrid edib və fəaliyyətini distant formada davam etdirəcək.

Yada salaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq ikinci dəfədir koronavirusa yoluxub. Onda birinci yoluxma halı 2020-ci ilin iyun ayında qeydə alınıb.

MƏNBƏ“Hraparak” qəzeti
Öncəki xəbərHollivud aktrisası moda həftəsində podiuma at belində çıxdı
Sonrakı xəbərMaykl Doran: İsrail ABŞ-ın Azərbaycana silah göndərməməklə bağlı xahişini rədd edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın