Ukrayna Prezidenti Volodimir Zelenski öz fərmanı ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, onun Mətbuat katibi Dmitri Peskov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Rusiyanın Baş naziri Mixail Mişustin, XİN rəhbəri Sergey Lavrov və Rusiya hökumətinin demək olar ki, bütün üzvlərinə qarşı qeyri-müəyyən müddətə sanksiyalar tətbiq edib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Prezidentinin saytında yayımlanan fərmanın mətnində məlumat verilir.

Sanksiya siyahısına yuxarıda adı çəkilən şəxslərdən başqa 10 nəfər baş nazirin müavini də salınıb: Andrey Belousov, Dmitri Qriqorenko, Viktoriya Abramçenko, Yuri Borisov, Tatyana Qolikova, Aleksandr Novak, Aleksey Overçuk, Yuri Trutnev, Marat Xusnullin və Dmitri Çernışenko. Toplam 35 nəfər məhdudiyyətlərin təsiri altına düşüb.

Fərmana görə, adıçəkilən şəxslərə qarşı aktivlərin dondurulması, ticarət məhdudiyyətləri və Ukraynaya giriş qadağası da daxil olmaqla, 18 sanksiya tətbiq olunub. Ancaq Rusiya hələ də Zelenskiyə qarşı sanksiyalar tətbiq etməyib.

Sanksiyalar, həmçinin Rusiyanın 236 universiteti və 261 universitet rəhbərinə də şamil olunub. Sanksiyalar arasında mədəni mübadilələrin, elmi əməkdaşlıqların, təhsil və idman əlaqələrinin dayandırılması da var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın