Fransa prezidenti Emmanuel Makron ABŞ, Böyük Britaniya və ölkəsi Fransanın Suriya əməliyyatını olduqca uğurlu adlandırıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, o, eyni zamanda, bu əməliyyatla müttəfiqləri Türkiyəni Rusiyadan ayırdıqlarını bildirib.

“Biz bu əməliyyatla türkləri ruslardan ayırdıq. Türklər Suriyadakı kimyəvi silahları və onlardan istifadəni qınadı”, – deyə o sözlərinə davam edib.

Makron bununla yanaşı, ABŞ prezidenti Donald Trampı Suriyadan geri çəkilməməyə, öz əsgərlərini oradan çıxarmamağa inandırdığını iddia edib:

“10 gün öncə Tramp ABŞ Suriyadan çəkilməlidir deyirdi.

Ancaq şəxsən mən özüm onu Suriyada qalmağın gərəkli olduğuna inandırmağa çalışdım və inandırdım”.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: Makrondan prezidentə yaraşan açıqlama gözləyirdik

“NATO-nun fəaliyyətinə əlimizdən gələn dəstəyi verməyə davam edecəyik.” Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronun “Türkləri ruslardan ayırdıq…” açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bir sıra siyasətçilər ciddilikdən uzaqlaşaraq, populizmlə məşğul olurlar.

“Avropalı yoldaşlarımız işin ciddiliyini anlamayaraq, populizmə üstünlük verirlər. Biz bir prezidentə yaraşan açıqlama gözləyirdik və gözləyirik.

Makron Ankaradakı Zirvəyə qatılmaq istədiyini prezidentimizə söylədi. Rusiya qəbul etdi, İran isə öncə 3-lü toplantı keçirilməsini istədi.

Doğruları söyləyək ki, hər kəs bilsin. Rusiya ilə də güclü əlaqələrimiz var.

Bu cür açıqlamalar doğru deyil.

Makronu bir az daha ciddi olmağa çağırırıq”, – deyən Çavuşoğlu Emmanuel Makronun cavabını verib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın